ASCO-nun Gəmi Təmiri Zavodunda hasil edilmiş günəş enerjisinin həcmi açıqlandı

ASCO-nun Gəmi Təmiri Zavodunda hasil edilmiş günəş enerjisinin həcmi açıqlandı
04.09.2025 11:46 Sənaye və energetika

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Bibiheybət" Gəmi Təmiri Zavodunda ötən ilin oktyabrında quraşdırılmış günəş panelləri vasitəsilə indiyədək 112 082 kilovat/saat (kVt/s) enerji hasil olunub.

TodayPress TV ASCO-ya istinadən xəbər verir ki, bəzi günlərdə enerji hasilatı 700–800 kV/ts səviyyəsinə yaxınlaşıb.

Hesablamalara əsasən, ötən müddətdə təxminən 80 tona yaxın karbon qazı (CO₂) emissiyasının qarşısı alınıb. Bu, ekoloji baxımdan təxminən 6 100 ağacın qorunmasına bərabər fayda deməkdir. Həmçinin 43,9 ton daş kömürə qənaət olunub ki, bu da enerji hasilatında fosil (qalıq) yanacaqlardan istifadənin azalmasını göstərir.

Qeyd edək ki, "Bibiheybət" Gəmi Təmiri Zavodunun 512 kvadratmetr ərazisində hər biri 690 Vt gücündə olan 162 ədəd günəş paneli quraşdırılıb.

TodayPress TV

FOTOLAR

ASCO-nun Gəmi Təmiri Zavodunda hasil edilmiş günəş enerjisinin həcmi açıqlandı — 1
ASCO-nun Gəmi Təmiri Zavodunda hasil edilmiş günəş enerjisinin həcmi açıqlandı — 2
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər