Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirdi

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirdi
19.09.2025 16:12 Maliyyə

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.

Bu barədə TodayPress TV-yə nazirlikdən bildirilib.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 400 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından üçündə 28 gün müddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər