Evləri kirayə verənlərin gəlirlərindən 10% vergi tutulacaq

Evləri kirayə verənlərin gəlirlərindən 10% vergi tutulacaq
23.10.2025 15:49 Maliyyə

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər vergiyə cəlb olunacaq.

TodayPress TV xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər