Azərbaycana gətirilən 1 ədəddən artıq mobil telefonlara 100 manat aksiz vergisi tətbiq ediləcək

Azərbaycana gətirilən 1 ədəddən artıq mobil telefonlara 100 manat aksiz vergisi tətbiq ediləcək
23.10.2025 16:03 Maliyyə

Azərbaycana gətirilən mobil cihazlara gömrük rüsumu ilə paralel aksiz vergisi də tətbiq ediləcək.

TodayPress TV xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Beləliklə, fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihaz üçün 100 manat aksiz vergisi tətbiq olunacaq.

Hüquqi şəxslər tərəfindən satış məqsədi ilə ölkəyə idxal edənən mobil cihazlarım hər birinə isə 20 manat aksiz vergisi tətbiq olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər