Azərbaycan xarici dövlət borclanmasının yuxarı həddini 70 %-dən çox artırır
2026-cı ildə Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) isə 6 milyard manar olacaq.
TodayPress TV bu barədə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Məlumata görə, bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq eyni və 71,4 % çoxdur.
Gələn İl veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) isə 50 % artırılaaq 3 milyard manat məbləğində təsdiq edilib.