Yeni iPad mini təqdim olunacaq
İqtisadiyyat
17.12.2025 19:30
"Apple" yeni nəsil iPad mini üzərində işləyir və cihazın ekranı ilə aparat təminatında ciddi yeniliklər gözlənilir.
TodayPress TV "MacRumors"a istinadən xəbər verir ki, iPad mini tarixində ilk dəfə OLED ekranla təchiz olunacaq.
Planşet həmçinin "Apple"ın yeni flaqman A20 Pro çipi ilə işləyəcək. Bu çipin iPhone 18 Pro modellərində də istifadə olunacağı bildirilir.
Məlumata əsasən, yeni iPad mini ən tez payızda, yeni "iPhone" modelləri ilə eyni vaxtda təqdim oluna bilər. Hazırkı iPad mini isə A17 Pro çipi ilə təchiz edilib.
Sızan məlumatlara görə, "Apple" "iPad mini"də dinamik sistemini də yenidən dizayn edəcək.
Yeni texnologiya ventilyasiya dəlikləri olmadan səs çıxarmağa imkan verəcək və bu da cihazın suya davamlı olmasını təmin edə bilər.
Jalə Rövşən
tag: Apple ,İPad,OLED ekran,Planşet ,Todaypress.tv,
