İranda ardıcıl partlayışlar: ABŞ-nin zərbələrindən sonra strateji liman şəhərindən yeni görüntülər yayıldı

İranda ardıcıl partlayışlar: ABŞ-nin zərbələrindən sonra strateji liman şəhərindən yeni görüntülər yayıldı
15.07.2026 09:31 Dünya

İranın Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərində güclü partlayışların baş verdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, ABŞ-nin bu gün səhər İrana endirdiyi zərbələr fonunda Çabahardan olduğu iddia edilən görüntülər sosial şəbəkələrdə yayılıb.

Yayılan kadrlarda ardıcıl partlayış səsləri və ərazi üzərində yüksələn tüstü sütunu əks olunub. Məlumata görə, görüntülər çərşənbə günü səhər saat 05:30 radələrində qeydə alınıb. Hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər