Aİ və Ukrayna ordusu birləşir? - Lyayen bəyanat verdi
İyulun 15-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Kiyevə səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti sosial şəbəkə hesabında yazıb.
Səfəri zamanı o, Ukrayna və Aİ-nin hərbi sənayesinin inteqrasiyası ilə bağlı yeni təşəbbüslərdən danışıb.
"Daha çox və daha sürətli istehsal edə bilmək üçün müdafiə sənayemizi inteqrasiya etmək təşəbbüslərini müzakirə edəcəyik", - Lyayen deyib.
O, əlavə edib ki, hərbi layihələrlə yanaşı, "qışa hazırlıq" məsələləri də müzakirə ediləcək.
Jalə Rövşən
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen
Kiyev
Ukrayna
Ukrayna və Aİ-nin hərbi sənayesi
Jalə Rövşən
"qışa hazırlıq"