Beşinci nəsil qırıcılar işə düşdü: Rusiya gecə saatlarında Çornomorsk limanını hədəf aldı - VİDEO
Rusiya ordusunun gecə saatlarında Ukraynanın Odessa vilayətində yerləşən liman infrastrukturuna zərbələr endirdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, hücum nəticəsində Çornomorsk limanının hədəfə alındığı iddia olunur.
Məlumata görə, Rusiya əməliyyat zamanı beşinci nəsil "Su-57" qırıcılarından istifadə edib.
İddialara əsasən, zərbələr nəticəsində Odessadan taxıl daşıyan gəmi və limana yanacaq gətirən tanker də ziyan görüb. Hadisə ilə bağlı tərəflərin rəsmi açıqlamaları gözlənilir.
Nicat Osmanlı