DÇ-2026: İspaniya yarımfinala yüksələn ilk komanda oldu - YENİLƏNDİ

DÇ-2026: İspaniya yarımfinala yüksələn ilk komanda oldu - YENİLƏNDİ
15.07.2026 01:02 İdman

Futbol üzrə dünya çempionatında İspaniya Fransanı məğlub edərək finala yüksələn ilk komanda olub.

TodayPress TV xəbər verir ki, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar 2:0 hesablı qələbəyə seviniblər.

00:23

Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyununda ikinci qol vurulub.

TodayPress TV xəbər verir ki, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar hesabı daha da artırıblar - 2:0.

23:29

Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyununda ilk qol vurulub.

TodayPress TV xəbər verir ki, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar hesabda irəli çıxıblar - 1:0.

22-ci dəqiqədə Mikel Oyarsabal penalti zərbəsini dəqiq yerinə yetirib.

23:02

Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyunu başlayıb.

TodayPress TV xəbər verir ki, yarımfinal mərhələsinin matçı Dallas stadionunda keçirilir.

Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər