Qlobal fond bazarlarında artım müşahidə edilir

Qlobal fond bazarlarında artım müşahidə edilir
23.04.2026 10:37 İqtisadiyyat

Qlobal fond bazarlarında əsas indekslər son 24 saat ərzində fərqli istiqamətdə dəyişib.

TodayPress TV xəbər verir ki, ABŞ fond bazarlarında əsas indekslərdə artım qeydə alınıb.

Dow Jones indeksi 0,69% artaraq 49 490,03 bəndə, S&P 500 indeksi 1,05% yüksələrək 7 137,90 bəndə, Nasdaq Composite indeksi isə 1,64% artaraq 24 657,57 bəndə çatıb. Eyni zamanda, NYSE Composite indeksi 0,22% artaraq 23 001,78 bənd, S&P/TSX Composite indeksi isə 0,43% yüksələrək 33 955,11 bənd olub.

Avropa fond bazarlarında Euro Stoxx 50 indeksi 0,41% azalaraq 5 906,22 bəndə, FTSE 100 indeksi 0,21% geriləyərək 10 476,46 bəndə, DAX indeksi 0,31% enərək 24 194,90 bəndə düşüb. CAC 40 indeksi 0,96% azalaraq 8 156,43 bənd, IBEX 35 indeksi isə 0,75% geriləyərək 18 006,40 bənd səviyyəsində qərarlaşıb.

Asiya-Sakit okean regionunda isə əsasən azalma qeydə alınıb. Nikkei 225 indeksi 0,99% azalaraq 58 994,45 bəndə, TOPIX indeksi 1,04% enərək 3 705,90 bəndə, Hang Seng indeksi 1,12% azalaraq 25 870,37 bəndə düşüb. CSI 300 indeksi 0,79% geriləyərək 4 761,57 bənd təşkil edib. S&P/ASX 200 indeksi 0,80% azalaraq 8 773,10 bəndə enib, MSCI AC Asia Pacific indeksi isə 0,54% azalaraq 255,65 bənd olub.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Ermənistan Türkiyə sərhədinə dəmir yolu çəkir – Paşinyan tender elan etdi 00:53 Hindistan mediası Bakını hədəfə aldı: Konfrans ətrafında qalmaqal 00:01 Millimiz yoldaşlıq matçında Maltaya məğlub oldu 00:09 BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək 23:48 Bitkoinin qiyməti 2024-dən bəri ilk dəfə 60 min dollardan aşağı endi 23:40 Tramp Zelenski və Putinin özlərinin razılığa gəlməsini istəyir 23:24 Azərbaycanın basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəldi 23:25 Aİ 2028-ci ildə bloka qoşula biləcək ölkənin adını açıqladı 22:36 Tarixi qərar: "Böyük Qafqaz" UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil oldu 23:07 Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatdı 22:59 İrəvanda seçki savaşı: Rusiyanın dəstəklədiyi yeni ssenari işə düşür? 22:46 Merts Trampla görüşə hazırlaşır: ABŞ ordusu Almaniyanı tərk edir? 21:59 Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Bütün Xəbərlər