ETX vətəndaşlara müraciət etdi - Yeni dələduzluq üsulu...

ETX vətəndaşlara müraciət etdi - Yeni dələduzluq üsulu...
25.05.2026 16:01 İqtisadiyyat

Son zamanlar dünya miqyasında kiberdələduzlar ictimai məkanlarda müxtəlif bəhanələr irəli sürərək vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəyir və bu yolla onların biometrik məlumatlarını ələ keçirməyə cəhd göstərirlər.

TodayPress TV xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, bu zaman qarşı tərəfin telefonunda gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü və bəzi hallarda toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq məqsədləri üçün istifadə oluna bilər.

Beynəlxalq mühitdə yaşanan bu kimi hallardan qorunmaq üçün Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara aşağıdakı preventiv kibergigiyena tədbirlərinə əməl olunmasını tövsiyə edir:

- Tanımadığınız şəxslərin mobil telefonlarına toxunmayın;

- Naməlum şəxslərin telefonunda heç bir təsdiq əməliyyatı aparmayın;

- Kamera və ya səsli təsdiq tələb edən hallarda ehtiyatlı olun;

- Şəxsi və biometrik məlumatlarınızı üçüncü şəxslərlə paylaşmayın;

- Yaşlı şəxsləri və azyaşlıları bu üsullar barədə məlumatlandırın.

Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya Elektron Təhlükəsizlik Xidmətinin elektron poçt ünvanı [email protected] və ya "1654" qaynar xətti vasitəsilə məlumat verilməsi xahiş olunur.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər