Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı
Amerika fond bazarlarında Dow Jones indeksi 2.47% - 50,115.67 bəndədək, S&P 500 indeksi 1.97% – 6,932.3 bəndədək, Nasdaq indeksi isə 2.18% – 23,031.21 bəndədək artıb.
TodayPress TV xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0.59% – 10,369.75 bəndədək, Almaniyanın DAX indeksi 0.94% – 24,721.46 bəndədək, Fransanın CAC-40 indeksi 0.43% - 8,273.84 bəndədək yüksəlib.
Dünya bazarlarında avronun ABŞ dollarına qarşı məzənnəsi 0.32% artaraq 1.1815 dollar təşkil edib.