Azərbaycanda yük avtomobili istehsalı 7 dəfəyə yaxın artdı

İqtisadiyyat

15.04.2026 22:20

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1138 ədəd minik avtomobili istehsal edilib.

TodayPress TV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən 164 ədəd və ya 12,6% azdır.

Cari ilin aprelin 1-nə ölkədə hazır minik avtomobili ehtiyatı 407 ədəd təşkil edib.

Eyni zamanda, hesabat dövründə ölkədə 191 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-mart aylarındakı göstərici ilə müqayisədə 163 ədəd və yaxud 6,8 dəfə çoxdur.

Bu ilin aprelin 1-nə hazır məhsul ehtiyatı 12 ədəd təşkil edib.

Qeyd edək ki, maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2026-сı ilin yanvar-mart aylarında 115,2 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,4 dəfə artmış, maşın və avadanlıqların istehsalı isə 49,7 faiz azalıb.

TodayPress TV

tag: Azərbaycan, Avtomobil,İstehsal,DSK, todaypress.tv,