Azərbaycan və 3 ölkə "Yaşıl Enerji Dəhlizi" üçün birləşdi
İstanbulda "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" üzrə nazirlərin 3-cü iclası keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Layihənin icrasını sürətləndirəcək tədbirləri əhatə edən Yol Xəritəsinin hazırlanması barədə razılığa gəldik. Bu layihə ölkələrimiz arasında enerji tərəfdaşlığının "yaşıl enerji" bağlantıları əsasında yeni mərhələdə inkişafına mühüm töhfə verəcək", - deyə nazir qeyd edib.