Azərbaycan ötən il Çexiyanın ən böyük neft tədarükçüsü oldu
İqtisadiyyat
16.04.2026 07:00
Azərbaycan 2025-ci ilin yekunlarına görə Çexiyanın ən böyük neft tədarükçüsü olub.
TodayPress TV xəbər verir ki, Azərbaycan Çexiyanın neft idxalının 42%-dən çoxunu təmin edib.
Bildirilir ki, Rusiya isə bu bazarda çoxillik liderliyini itirib. Rusiyanın payı bir il əvvəlki 42% və əvvəlki illərdəki 50%-dən çox göstəricidən 7,7%-ə düşüb. Ümumilikdə, Çexiya 2025-ci ildə 6,85 milyon tondan çox neft idxal edib ki, bu da illik müqayisədə 5,5% çoxdur. Rusiyanın payının azalması mart ayında "Drujba" neft kəməri ilə tədarüklərin dayandırılması ilə bağlıdır və bu tədarüklər hələ də bərpa olunmayıb.
Tədarük həcminə görə ikinci yerdə Norveç (təxminən 20%), üçüncü yerdə isə Qazaxıstan (18%) qərarlaşıb.
Neftin əsas həcmi Çexiyaya TAL sistemi ilə əlaqəli olan IKL boru kəməri vasitəsilə daxil olur.
tag: Azərbaycan, Çexiya, neft, Tədarük, todaypress.tv,
