Azərbaycan nefti Tokionun İMDADINA ÇATDI

Azərbaycan nefti Tokionun İMDADINA ÇATDI
12.05.2026 12:13 İqtisadiyyat

Yaponiya şirkəti "ENEOS" Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazının bloklanması fonunda Azərbaycandan 283 min barel neft alıb.

TodayPress TV Yaponiya mediasına istinadən xəbər verir ki, Azərbaycan neftini daşıyan tanker 12 may tarixində artıq Yaponiyaya çatıb.

Məlumata görə, neft Tokio yaxınlığında yerləşən Negisi ərazisindəki ENEOS neft emalı zavoduna yönləndiriləcək.

Nəşrlər bildirir ki, Yaponiya hökuməti ABŞ və digər ölkələrdən idxal daxil olmaqla, Hörmüz boğazından keçməyən alternativ neft tədarükü mənbələrinin genişləndirilməsi istiqamətində addımlarını sürətləndirib. Bu, xüsusilə enerji idxalında şaxələndirmənin vacib prioritetə çevrilməsi ilə əlaqələndirilir.

Qeyd edilib ki, bu, Yaxın Şərqdəki münaqişənin başlanmasından sonra Yaponiyaya göndərilən Azərbaycan neftinin ilk partiyasıdır. Bundan əvvəl Yaponiya neft emalı zavodları əsasən Yaxın Şərq ölkələrindən idxaldan asılı olub.

Yaponiyada gündəlik neft istehlakı təxminən 3 milyon barel təşkil edir. Ölkə həmçinin fövqəladə hallar üçün geniş neft ehtiyatlarına malikdir. Lakin Yaxın Şərqdə tədarükdə uzunmüddətli fasilələr riski idxalın sabitliyi ilə bağlı narahatlıqları artırır.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Bütün Xəbərlər