Zverevdən “US Open”da möhtəşəm zəfər: İki rekord bir gecədə qırıldı
Dünyanın iki nömrəli raketkası Aleksandr Zverev “US Open - 2026”nın finalında ABŞ təmsilçisi Ben Şeltonu (ATP reytinqində 9-cu pillə) məğlub edib.
TodayPress TV xəbər verir ki, bu qələbə almaniyalı tennisçi üçün mövsümdə 53-cü uğur olub.
Bu nəticə ilə Zverev bir təqvim ilində “Böyük Dəbilqə” turnirlərində qazanılan qələbə sayına görə milli rekordu yeniləyib. Eyni zamanda, o, cari mövsümdə tur üzrə ən çox qələbə qazanan tennisçi adını əldə edib.
Zverev “Böyük Dəbilqə” yarışlarında keçirdiyi matçlarda 25 qələbə qazanıb və yalnız iki dəfə məğlub olub. O, “Australian Open”da yarımfinala yüksəlib, “Roland Garros”da çempion olub, “Wimbledon”da final oynayıb və “US Open”da titula sahib çıxıb.
Beləliklə, Zverev 1989-cu ildə “Böyük Dəbilqə” turnirlərində 22 qələbə qazanmış Boris Bekkerin rekordunu geridə qoyub.
Mövsüm ərzində əldə olunan 53 qələbə turda ən yaxşı göstəricidir. İkinci pillədə qərarlaşan Yannik Sinner almaniyalı tennisçidən 9 qələbə geridə qalır.
Namiq HUN