Zirvəyə doğru pedalladılar: Azərbaycan çempionatında qızıl medallar sahibini tapdı!

Zirvəyə doğru pedalladılar: Azərbaycan çempionatında qızıl medallar sahibini tapdı!
15.09.2026 13:07 İdman

İsmayıllı rayonunda şose velosipedi üzrə çoxgünlük Azərbaycan çempionatı yekunlaşıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının məlumatına görə, üç gün davam edən yarışların yekun nəticələrinə əsasən müxtəlif yaş kateqoriyalarında qaliblər müəyyənləşib.

Ümumi təsnifatda Elit/U-23 yaş kateqoriyasında Şahin Eyvazov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Gənclər kateqoriyasında Nihad Xudoyev (ROEQIUGVM) Azərbaycan çempionu olub. 

U-17 yaş kateqoriyasında Ümid İsmayılov qızıl medal qazanıb. 

U-15 yaş kateqoriyasında Emil Abbasov (“AE Cycling School”) üç yarış gününün yekununda ən yaxşı nəticə göstərib. 

Namiq HUN

TodayPress TV

FOTOLAR

Zirvəyə doğru pedalladılar: Azərbaycan çempionatında qızıl medallar sahibini tapdı! — 1
Zirvəyə doğru pedalladılar: Azərbaycan çempionatında qızıl medallar sahibini tapdı! — 2
Zirvəyə doğru pedalladılar: Azərbaycan çempionatında qızıl medallar sahibini tapdı! — 3
Zirvəyə doğru pedalladılar: Azərbaycan çempionatında qızıl medallar sahibini tapdı! — 4
Zirvəyə doğru pedalladılar: Azərbaycan çempionatında qızıl medallar sahibini tapdı! — 5
Zirvəyə doğru pedalladılar: Azərbaycan çempionatında qızıl medallar sahibini tapdı! — 6
Zirvəyə doğru pedalladılar: Azərbaycan çempionatında qızıl medallar sahibini tapdı! — 7
Zirvəyə doğru pedalladılar: Azərbaycan çempionatında qızıl medallar sahibini tapdı! — 8
Zirvəyə doğru pedalladılar: Azərbaycan çempionatında qızıl medallar sahibini tapdı! — 9
XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər