Zirvədə yeni ad: Tokayev Rıbakinanın möhtəşəm uğurunu elan etdi

Zirvədə yeni ad: Tokayev Rıbakinanın möhtəşəm uğurunu elan etdi
10.09.2026 11:27 İdman

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ikiqat “Böyük Dəbilqə” çempionu, qazaxıstanlı tennisçi Yelena Rıbakinanı dünya reytinqində birinci pilləyə yüksəlməsi münasibətilə təbrik edib.

TodayPress TV prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə başçısı tennisçinin uğurunu tarixi nailiyyət kimi qiymətləndirib:

“WTA reytinqinin zirvəsinə qalxmaq sizin fenomənal istedadınız, böyük zəhmətiniz və sarsılmaz inamınız sayəsində fəth olunan idman zirvəsidir. Bu tarixi nailiyyətlə siz Qazaxıstan idmanını şöhrətləndirdiniz və adınızı dünya tennisinin salnaməsinə yazdırdınız”.

Rıbakina “US Open - 2026”nın 1/4 finalında çinli Çjen Çinveni 3:6, 6:1, 6:4 hesabı ilə məğlub edərək dünya reytinqində birinci pilləni təmin edib. O, yarımfinalda dünyanın 4-cü raketkası Kori Qauff ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər