“Zirə” heyətini qoruyur
“Zirə” klubu 2 futbolçusu ilə müqavilə müddətini uzadıb.
TodayPress TV “qartallar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Anar Nəzirovla 1 illik yeni müqavilə imzalanıb.
Bundan başqa İsmayıl İbrahimli “Qarabağ”dan komandaya transfer olunub. Son iki mövsümü icarə əsasında “Zirə”də keçirən yarımmüdafiəçi daha 2 il müddətində paytaxt təmsilçisinin formasını geyinəcək.
Namiq HUN