Yığmamızdan Özbəkistanda möhtəşəm start!

Yığmamızdan Özbəkistanda möhtəşəm start!
29.04.2026 09:50 İdman

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlaşan şose velosipedi üzrə yığma komandamız Özbəkistanda təşkil olunan “Tour of Bostonliq” yarışında iştirak edir. 

TodayPress TV xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı 2 mərhələli yarışında məşqçi Elçin Əsədovun rəhbərliyi altında 6 velosipedçimiz mübarizə aparır. 

Yarışın 1-ci mərhələsində idmançılarımızdan ən yüksək nəticəni Musa Mikayılzadə göstərib. O, ağır dağ marşrutu üzrə 146 km məsafəni 3 saat, 27 dəqiqə, 55 saniyəyə qət edərək, starta çıxan 87 velosipedçi arasında 4-cü olub. 

Qeyd edək ki, Musa Mikayılzadə bir neçə gün əvvəl Özbəkistanda təşkil olunan 2.2 kateqoriyalı “Grand Prix Fergana” yarışında ümumi təsnifatda 5-ci olmaqla 15 reytinq xalı da qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər