Yamaldan iddialı bəyanat: “Bu il “Qızıl top” mənə verilməlidir!”
“Barselona” klubunun və İspaniya millisinin hücumçusu Lamin Yamal 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən “Qızıl top” (Ballon d'Or) mükafatını kimin almalı olduğu ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Movistar telekanalının “Universo Valdano” verilişinə müsahibə verən 19 yaşlı vinger mükafata özünü layiq gördüyünü bildirib:
“Qızıl top”u kimə verərdim? Səmimi olsam, düşünürəm ki, dünyada bəlkə də yalnız iki ən yaxşı futbolçu var, amma bu il mükafat mənə qismət olmalıdır. Mənim üçün Kilian Mbappe və mən dünyanın iki ən yaxşı oyunçusuyuq və matçları izləyən hər kəs bunu anlayır”.
Ötən mövsümün yekunlarına əsasən Yamal “Barselona”nın heyətində İspaniya La Liqasının qalibi olub. İspaniya milli komandasının heyətində isə gənc vinger Dünya Çempionatının qızıl medalını qazanıb.
Qaliblərin adları 26 oktyabr 2026-cı il tarixində Londonda təşkil olunacaq təntənəli “Qızıl top” mərasimində açıqlanacaq.
Namiq HUN