XXX tur start götürür – komandalar vacib xallar uğrunda mübarizədə
İdman
02.05.2026 09:30
Bu gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.
TodayPress TV xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.
“Kəpəz” klubu Yevlaxda “Sumqayıt”ı qəbul edəcək. Cari mövsüm ilk dövrədə “Sumqayıt”, ikinci dövrədə isə “Kəpəz” qələbə qazanıb. Hər iki oyunda 3:0 hesabı qeydə alınıb.
29 turdan sonra “Sumqayıt” 38 xalla ortabablar, Gəncə təmsilçisi isə 21 xalla autsayderlər qrupunda məskunlaşıb.
Yevlax şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Sumqayıt” matçı saat 16:00-da başlayacaq.
Günün ikinci qarşılaşmasında isə Sumqayıtda “Araz-Naxçıvan” “İmişli” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Naxçıvan təmsilçisi ilk dövrədəki oyunda 2:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə tərəflər xal bölgüsünə üstünlük veriblər - 2:2.
Hazırda “Araz-Naxçıvan” 40 xalla 6-cı, “İmişli” isə 29 xalla 9-cu pillədə qərarlaşıb.
“Araz-Naxçıvan” – “İmişli” komandalarının “SOCAR Polymer Arena” qarşılaşması saat 18:30-da səsləndiriləcək.
Namiq HUN
tag: Azərbaycan Premyer Liqası,XXX tur,Kəpəz,Sumqayıt,Todaypress.tv,
