“Vest Hem” məşqçini dəyişmək istəmir
İdman
06.05.2026 09:55
Nunu Eşpiritu Santu rəhbərlik etdiyi “Vest Hem Yunayted” klubundan ayrılmaya bilər - hətta komanda İngiltərə Premyer Liqasından düşsə belə.
TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Nunu ötən ilin sentyabr ayında London təmsilçisinin baş məşqçisi təyin olunub. O, bu posta Qrem Potteri əvəz edərək gəlib və bundan cəmi 18 gün əvvəl “Nottinqem Forest” klubundan ayrılmışdı.
Portuqaliyalı mütəxəssis təyin olunarkən “Vest Hem” turnir cədvəlində 19-cu yerdə idi. Yanvar ayına qədər komanda sabit nəticələr göstərmədiyindən onun istefası ilə bağlı şayiələr yayılmışdı.
Qış transferlərindən sonra komandanın oyunu müəyyən qədər stabilləşib və klub təhlükəli zonadan çıxmağı bacarıb. Lakin “Tottenhem Hotspur” klubunun ardıcıl iki qələbəsindən sonra “çəkicdöyənlər” yenidən sonuncu pilləyə geriləyib.
Buna baxmayaraq, mövsümün nəticəsindən asılı olmayaraq klub rəhbərliyi Nununun işindən razıdır və onun komandada qalmasını istəyir.
Məlumata görə, “Vest Hem” yay transfer pəncərəsində də məşqçiyə dəstək verməyi planlaşdırır. Lakin Nunu hələ ki, komandanı Çempionshipdə çalışdırmağa hazır olub-olmadığını təsdiqləməyib.
Namiq HUN
tag: Nunu Eşpiritu Santu,Vest Hem Yunayted,Klub,Komanda,Todaypress.tv,
