Ulduzlar Dohada toplanır – “FIFA The Best 2025”

İdman

16.12.2025 09:25

“The Best FIFA Football Awards” mükafatına namizəd olan futbolçuların siyahısı elan edilib.

TodayPress TV xəbər verir ki, “FIFA The Best 2025” mükafatı uğrunda 11 futbolçu mübarizə aparacaq. 

Doha şəhərində keçiriləcək mərasimə aşağıdakı futbolçular dəvət olunub:

Koul Palmer (Çelsi)

Pedri (Barselona)

Usman Dembele (PSJ)

Vitinya (PSJ)

Lamin Yamal (Barselona)

Harri Keyn (Bavariya)

Nunu Mendeş (PSJ)

Əşrəf Hakimi (PSJ)

Məhəmməd Salah (Liverpul)

Kilian Mbappe (Real Madrid)

Rafinya Rafael Dias Belloli (Barselona)

Qeyd edək ki, 2025-ci ilin “Qızıl top” mükafatını PSJ-nin hücumçusu Usman Dembele qazanıb. Fransalı futbolçu ötən mövsüm PSJ ilə Fransa çempionu olub, Fransa Kuboku və Superkubokunu qazanıb, həmçinin UEFA Çempionlar Liqasının qalibi olub.

Namiq HUN

TodayPress TV

tag: FİFA,Futbol,Mükafat,2025,Todaypress.tv,