Ulduz hücumçu yola düşür – Lukaкu üçün yeni ünvanlar var
İdman
04.05.2026 09:25
Romelu Lukaku klub daxilindəki gərginlik fonunda “Napoli”dən ayrıla bilər.
TodayPress TV İnsayder Nikolo Skiraya istinadən xəbər verir ki, Neapol təmsilçisi hücumçunu dünya çempionatından sonra satmağa hazırdır.
Klub 32 yaşlı futbolçunun transferi üçün təxminən 10 milyon avro tələb edə bilər.
Hazırda Lukaкunun “Napoli” ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir və onun illik maaşı təxminən 8 milyon avro təşkil edir.
Mənbəyə əsasən, forvarda Türkiyə və Səudiyyə Ərəbistanı klubları maraq göstərir.
Qeyd edək ki, belçikalı futbolçu 2024-cü ilin yayında “Çelsi” klubundan 30,7 milyon avroya “Napoli”yə transfer olunub. O, cari mövsümdə cəmi 7 oyunda meydana çıxıb və 1 qol vurub.
Namiq HUN
tag: Romelu Lukaku,Napoli,Müqavilə,Futbol,Todaypress.tv,
