UEFA-dan böyük qərar: ÇL finallarının ünvanı açıqlandı!

UEFA-dan böyük qərar: ÇL finallarının ünvanı açıqlandı!
15.09.2026 14:01 İdman

2028 və 2029-cu illərdə Çempionlar Liqasının finalları keçiriləcək stadionlar açıqlanıb. 

TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.  

2028-ci il Çempionlar Liqasının finalı Münhendəki “Alyans Arena” stadionunda keçiriləcək. Bir il sonra isə turnirin həlledici qarşılaşmasına Barselonadakı yenilənmiş “Kamp Nou” stadionu ev sahibliyi edəcək.

“İki əfsanəvi stadion! Münhendəki futbol arenası – “Alyans Arena” və Barselonadakı “Kamp Nou” müvafiq olaraq 2028 və 2029-cu illərdə Çempionlar Liqasının finallarını qəbul edəcək”, – deyə UEFA-nın mətbuat xidməti “X” sosial şəbəkəsində yayımladığı açıqlamada bildirib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2026-cı il finalı Madriddəki “Metropolitano” stadionunda keçiriləcək. Turnirin son qalibi isə Fransa təmsilçisi PSJ-dir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər