Torresin Çempionlar Liqası gecəsi: üç qol və matçın ən yaxşısı
PSJ-nin hücumçusu Ferran Torres UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə əsas mərhələnin ilk turunda “Slovan”a qarşı oyunda vurduğu ilk het-trikini şərh edib.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
İspaniya millisinin üzvü PSJ-nin 6:1 hesablı qələbəsində üç qola imza atıb və görüşün ən yaxşı futbolçusu seçilib.
“Matçdan əvvəl heç vaxt het-trik gözləmirsən. Maksimum fədakarlıqla oynamaq, pressinq tətbiq etmək və topu itirdikdən dərhal sonra mübarizəyə qoşulmaq lazım idi. PSJ bunu yaxşı bacardı. Rəqibin yarısında çoxlu top qazandıq və əla oyun keçirdik.
Xoşbəxtəm, özümü çox yaxşı hiss edirəm. Belə komanda yoldaşları ilə oynamaq asandır. Buna görə də sadəcə meydanda və meydandan kənarda bundan maksimum zövq almağa və sevinməyə çalışıram”, – deyə Torres bildirib.
Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə edib. Ferran Torres yeni mövsümdə isə 5 matçda 4 qolla yadda qalıb.
Namiq HUN