Simeone: “Real” və “Barselona” ilə oyunlar bizi gücləndirir!
İdman
19.03.2026 09:55
“Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone komandasının 2025/2026 mövsümü üzrə UEFA Çempionlar Liqasının 1/4 finalına yüksəlməsini şərh edib.
TodayPress TV xəbər verir ki, bu mərhələdə “qırmızı-ağlar”ın rəqibi “Barselona” klubu olacaq.
Simeone bildirib ki, klubun və komandanın inkişafından razıdır və “Atletiko”nun müntəzəm olaraq Avropanın ən güclü səkkiz komandası sırasına düşməsi böyük nailiyyətdir:
“Klubun və komandanın inkişafından məmnunam. Hər dəfə bunu etmək daha çətin olsa da, biz daim Avropanın ən güclü səkkizliyinə düşürük. Bizdə böyük həvəs var. Mən həmişə yanımda olan insanlardan ilham almışam. Mono Burqos bir dəfə mənə demişdi: “Çalış ki, “Barselona”, “Real Madrid” və “Bavariya” kimi komandalarla daha çox yoldaşlıq oyunları keçirəsən. Bu cür rəqiblərlə nə qədər çox oynasan və qorxunu dəf etsən, onları bir o qədər yaxşı anlayacaqsan və şansın artacaq”.
Qeyd edək ki, “Atletiko” və “Barselona” komandaları arasında UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu aprelin 8-də Barselona şəhərində, cavab qarşılaşması isə aprelin 14-də Madriddə keçiriləcək.
Namiq HUN
tag: Atletiko Madrid,Dieqo Simeone,UEFA,Klub,Todaypress.tv,
