“Şamaxı” isveçrəli futbolçunu transfer etdi
“Şamaxı” komandası yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Klubdan TodayPress TV-ə verilən məlumata görə, bölgə təmsilçisi isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb. Otuz bir yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.
Rossi son olaraq İsveçrənin “Şaffhauzen” kollektivində çıxış edib.