İrandan XƏBƏRDARLIQ: “Qaydalara əməl etməyən gəmiləri vuracağıq”

İrandan XƏBƏRDARLIQ: “Qaydalara əməl etməyən gəmiləri vuracağıq”
19.07.2026 14:21 Dünya

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında dörd gəminin saxlanıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, gəmilər ABŞ qüvvələri ilə koordinasiyalı şəkildə naviqasiya sistemlərini söndürərək və edilən xəbərdarlıqlara məhəl qoymadan boğazın cənub marşrutu ilə hərəkət etməyə cəhd göstəriblər.

Bildirilib ki, dörd gəmidən ikisi insident nəticəsində dayanmağa məcbur olub, digər iki gəmi isə marşrutu tərk edib.

SEPAH bəyan edib ki, Hörmüz boğazında icazəsiz marşrutlardan istifadə edən gəmilər oxşar insidentlərlə üzləşə bilər. Qurum qaydalara əməl edilməyəcəyi təqdirdə həmin gəmilərə qarşı zərbə endiriləcəyini də xəbərdar edib.

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər