Kiyevdə dəhşətli gecə - Azərbaycan səfirliyinin yaxınlığı da hədəfə alındı
Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə kütləvi hava zərbələri endirib.
TodayPress TV xəbər verir ki, hücum nəticəsində şəhərin beş rayonunda dağıntılar və yanğınlar qeydə alınıb.
Son məlumata görə, hadisə zamanı 1 nəfər həlak olub, daha 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata əsasən, zərbələr Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi əraziyə yaxın bölgələrə də düşüb.
Kübra Musayeva