Rusiyalı xizəksürən Azərbaycan yığmasında

Rusiyalı xizəksürən Azərbaycan yığmasında
17.05.2025 04:23 İdman

Rusiyadan daha bir idmançı Azərbaycan pasportu alıb.

TodayPress Tv "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, əslən azərbaycanlı xizəkçi Zahir Cəfərov ölkəmizin adından çıxış edəcək.

Nijniy Novqorodda doğulan Zahir növbəti mövsümdən Azərbaycanın qış idman növləri üzrə milli komandasında yer alacaq. 26 yaşlı idmançı xizəklə tullanma və xizəksürmə növlərinin daxil olduğu Nordic kombinasiyasında Rusiya yığmasında çıxış edib.

Cəfərov dəfələrlə Rusiya çempionatlarında mükafatlar qazanıb, ölkəni beynəlxalq yarışlarda təmsil edib.

Qeyd edək ki, rusiyalı fiqurlu konkisürən Veronika Jilina da buyaxınlarda Azərbaycan vətəndaşlığını qəbul edib. Amma hələlik Rusiya Fiqurlu Konkisürmə Federasiyası idmançının Azərbaycan bayrağı altında çıxışını təsdiqləməyib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər