Ronaldu “Əziyyətin bəhrəsi olur” sözləri ilə 979-cu qolunu qeyd etdi

Ronaldu “Əziyyətin bəhrəsi olur” sözləri ilə 979-cu qolunu qeyd etdi
10.09.2026 10:00 İdman

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu karyerasında 979-cu qolunu vurduqdan sonra PSJ-nin qapıçısı Matvey Safonovun “France Football” jurnalının versiyasına görə mövsümün ən yaxşı qapıçısı nominasiyası ilə bağlı söylədiyi sözləri təkrarlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. 

Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasının VI turunda “Əbha” ilə matçda komandasının 2:1 hesablı qələbəsinə töhfə verib. Portuqaliyalı forvard görüşün 22-ci dəqiqəsində fərqlənib. O, Qabriel Ancelonun künc zərbəsindən sonra etdiyi ötürməni qolla tamamlayıb.

“Əziyyətin bəhrəsi olur”, – deyə Ronaldu sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Rusiya millisinin qapıçısı Matvey Safonov da daha əvvəl ilin ən yaxşı qapıçısı nominasiyasını eyni ifadə ilə şərh etmişdi: “Hard work pays off” (“Əziyyətin bəhrəsi olur”).

Namiq HUN

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər