Rinqdə 26 ölkənin amansız mübarizəsi: Azərbaycan boksçuları Çində gücünü göstərəcək
Azərbaycanın boks üzrə böyüklərdən və gənclərdən (U-19) ibarət milli komandaları Çinin Sincan-Uyğur Muxtar Rayonunda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
TodayPress TV xəbər verir ki, sentyabrın 15-də start götürəcək hazırlıq prosesində 26 ölkənin yığma komandası iştirak edəcək.
Toplanış çərçivəsində məşqçilər Yadigar Məmmədov, Ceyhun Əbiyev və İlham Əlimzanov U-19 və böyüklərdən ibarət heyəti sınaqdan keçirəcəklər:
U-19 heyəti:
Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Bağışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq) və Səftər Məmmədzadə (+90 kq).
Böyüklərdən ibarət heyət:
Nicat Hüseynov, Zəlimxan Süleymanov, Tural Sarıyev (hər üçü 55 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Rasim Çobanlı (80 kq) və Səbuhi Əlizadə (+90 kq).
Sentyabrın 24-də başa çatacaq toplanışın ertəsi günü boksçularımız “Kəmər və Yol” beynəlxalq turnirində qüvvələrini sınayacaqlar. Yarış sentyabrın 29-dək davam edəcək.
Turnirdə ölkəmizi təmsil edəcək hakim isə Emil Qurbanəliyev olacaq.
Namiq HUN