"Real Madrid"in argentinalı ulduzu İtaliyaya yollandı!

"Real Madrid"in argentinalı ulduzu İtaliyaya yollandı!
07.08.2026 19:28 İdman

Argentinalı yarımmüdafiəçi Franko Mastantuono icarə əsasında "Real Madrid"dən "Fiorentina"ya keçib.

TodayPress TV xəbər verir ki, İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 18 yaşlı futbolçunun icarə müqaviləsi 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.

Ötən mövsüm Mastantuono İspaniya çempionatında 23 oyuna çıxıb və bir qol vurub.

Argentinalı futbolçu 2025-ci ilin yayında "River Pleyt"dən "Real Madrid"ə keçmişdi. Transferin məbləği 63,2 milyon avro təşkil etmişdi. Bu keçid Argentina futbolu tarixinin ən bahalı transferi olub.

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər