“Real Madrid” gənc futbolçu uğrunda transfer yarışını qazandı

“Real Madrid” gənc futbolçu uğrunda transfer yarışını qazandı
14.03.2026 16:28 İdman

“Real Madrid” 16 yaşlı sol cinah müdafiəçisi Viktori Okorinin transferində rəqiblərini qabaqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Matteo Moretto sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, futbolçu “Deportivo Alaves”dən “kral klubu”na keçməyə yaxındır. 

İspaniyanın gənclər millisinin üzvü olan futbolçu ilə “Barselona”, “Bayern Münhen” və “Atletiko Madrid” də maraqlanırdı.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər