"Real" Entso Fernandeslə razılığa gəldi
İspaniyanın "Real" klubu İngiltərə təmsilçisi "Çelsi"nin futbolçusu Entso Fernandesi heyətinə qatmaq niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Madrid komandası 25 yaşlı yarımmüdafiəçi ilə şəxsi razılığa gəlib. "Kral klubu" argentinalı oyunçu üçün "zadəganlar"a təklif göndərməyə hazırlaşır.
Xatırladaq ki, Entso Fernandes ötən mövsüm "Çelsi"də 54 oyunda 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Real" daha əvvəl "Çelsi"dən Mark Kukurelyanı transfer edib.