“Real” böyük dəyişiklik ərəfəsindədir!
İdman
01.05.2026 17:10
“Real Madrid” klubunun baş məşqçi postuna yeni favorit müəyyənləşib.
TodayPress TV “Onda Cero” nəşrinə istinadən xəbər verir ki, hazırda Almaniya millisinin baş məşqçisi olan Yulian Naqelsmann bu vəzifə üçün əsas namizəd hesab olunur.
Bildirilir ki, daha əvvəl bu posta əsas namizəd Joze Mourinyo idi. Lakin hazırda “kral klubu”nun rəhbərliyi məhz Naqelsmannın namizədliyinə daha çox üstünlük verir. Klub rəhbərliyi onun oyun üslubunun komandanın hazırkı heyəti və qarşıya qoyulan məqsədlərlə uyğun gəldiyini düşünür.
Məlumata əsasən, Naqelsmann da “Real Madrid”də işləmək perspektivinə müsbət yanaşır. Bununla belə, o, yalnız 2026-cı il dünya çempionatından sonra Almania yığma komandası ilə vidalaşmağa hazırdır.
Namiq HUN
tag: Real Madrid,baş məşqçi,Yulian Naqelsmann,Namizəd,Todaypress.tv,
