“Qızıl top”da sensasiya: Mükafatı kimlər haqq edir?

“Qızıl top”da sensasiya: Mükafatı kimlər haqq edir?
29.09.2026 09:46 İdman

Məşhur keçmiş qapıçı Santyaqo Kanisares “Qızıl top” mübarizəsi ilə bağlı diqqətçəkən açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Kanisares, Lamin Yamal və Kilian Mbappe kimi ulduzları geridə qoyacaq iki əsas namizədin adını çəkib: Harri Keyn və Fabian Ruis.

Kanisares bildirib ki, hər iki futbolçunun bu mövsüm göstərdiyi performans və əldə etdiyi nəticələr Yamal və Mbappenin nailiyyətlərindən daha çətindir.

Qeyd edək ki, 2026-cı il “Qızıl top” mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda təşkil olunacaq. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər