İtaliya darmadağınından sonra Montella susqunluğunu pozdu!

İtaliya darmadağınından sonra Montella susqunluğunu pozdu!
29.09.2026 09:59 İdman

Türkiyə milli komandasının baş məşqçisi Vinçenzo Montella UEFA Millətlər Liqasında İtaliyaya 1:4 hesablı məğlubiyyətdən sonra gələcəyi və istefa ehtimalları barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Fanatik” məlumat yayıb. 

İtalyan mütəxəssis vəzifəsindən ayrılmaq niyyətində olmadığını bildirib. Montella gördüyü işə və futbolçularına inandığını vurğulayıb:

“İstefa vermək haqqında düşünmürəm. Gördüyüm işə inanıram. Hətta ciddi təkliflər alanda belə komandadan ayrılmamışam. Futbolçularımıza inamım davam edir. Birlikdə gördüyümüz işlər sayəsində bu mərhələyə qədər gəlib çıxmışıq və bundan sonra necə irəliləyəcəyimizi də yaxşı bilirik. Əgər istefa məsələsi gündəmə gələrsə, bunu ilk növbədə oyunçularımla müzakirə edəcəyəm. Lakin hazırda belə bir məsələ yoxdur”.

Qeyd edək ki, Türkiyə millisi Millətlər Liqasının A Liqasında İtaliyadan öncə Fransaya da 0:1 hesabı ilə uduzub. Həmçinin komanda DÇ-2026-da qrup mərhələsini adlaya bilməmişdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər