“Qarabağ”ın sabiq ulduzu Səudiyyə Ərəbistanı klubunda debütə hazırdır
“Qarabağ”ın sabiq futbolçusu Abdullah Zubir karyerasını Səudiyyə Ərəbistanının “Əl-Uruba” klubunda davam etdirəcək.
TodayPress TV “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin yeni komandasındakı qeydiyyat problemi rəsmən həll olunub.
Səudiyyə klubu rəhbərliyinin atdığı zəruri addımlar nəticəsində fransalı futbolçu rəsmi olaraq heyətə cəlb edilib.
Daha əvvəl “Əl-Uruba”nın maliyyə zəmanəti Səudiyyə Ərəbistanı Liqasının tələblərinə cavab vermədiyi üçün Zubirin müqaviləsinin qeydiyyata alınmasında problem yaranmışdı.
Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”ın formasını geyinən Zubir Ağdam təmsilçisinin heyətində keçirdiyi 368 matçda 78 qol vurub. O, komanda ilə 6 dəfə Azərbaycan çempionluğu və 2 dəfə ölkə kubokunu qazanıb.
Namiq HUN