Premyer Liqada kritik qarşılaşma – hər şey bu oyunda

Premyer Liqada kritik qarşılaşma – hər şey bu oyunda
04.05.2026 10:17 İdman

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun qarşılaşmaları davam edir.

TodayPress TV xəbər verir ki, bu gün “Qarabağ" klubu öz meydanında “Turan Tovuz” komandasını qəbul edəcək.

Görüşü baş hakim Rəşad Əhmədov idarə edəcək. 

T.Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 19:30-da start götürəcək.

Hazırda “Qarabağ” 29 turdan sonra 59 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 56 xalı olan “Turan Tovuz” isə üçüncü yerdədir.

Qeyd edək ki, turun oyunlarına mayın 5-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər