Premyer Liqa: “Zirə” və “Qarabağ” heç-heçəyə razılaşdı

Premyer Liqa: “Zirə” və “Qarabağ” heç-heçəyə razılaşdı
13.09.2026 21:06 İdman

Azərbaycan Premyer Liqasının V turunda "Zirə" ilə "Qarabağ" üz-üzə gəlib.

TodayPress TV xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

"Qartallar"ın heyətində İssa Cibrila (56), Ağdam təmsilçisinin heyətində isə Aleksey Kaşuk (65) adlarını tabloya yazdırıblar.

"Qarabağ 10 xalla ikinci, eyni xala malik "Zirə" isə üçüncüdür.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" (1:1) və "Araz-Naxçıvan" - "Turan Tovuz" matçlarında isə (2:2) qalib müəyyənləşməyib

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər