Premyer Liqa: "Mançester Siti" səfərdə heç-heçə etdi

İdman

05.05.2026 01:26

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXV tura yekun vurulub.

TodayPress TV xəbər verir ki, turun bağlanış oyununda "Mançester Siti" səfərdə "Everton"la qarşılaşıb.

Kifayət qədər dramatik alınan görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.

İlk hissədə hesabı açan qonaqlar fasiləyə üstün yollanıblar. İkinci hissəyə daha yaxşı başlayan meydan sahibləri "şəhərlilər"in qapısından 3 top keçiriblər. Məğlubiyyətlə barışmaq istəməyən Mançester təmsilçisi 2 qol vuraraq yekunda heç-heçəyə nail olub.

Bu nəticədən sonra xallarının sayını 71-ə çatdıran "Mançester Siti" 2-ci pillədə qərarlaşıb. Ehtiyatda bir oyunu olan "şəhərlilər" isə lider "Arsenal"dan 7 xal geri qalır.

TodayPress TV

tag: Futbol ,İngiltərə ,Mançester ,Everton,TodayPress TV,