Oveçkin tarixə bir daha düşdü – əfsanəvi Qordi Hou ilə eyni səviyyədə!

Oveçkin tarixə bir daha düşdü – əfsanəvi Qordi Hou ilə eyni səviyyədə!
19.03.2026 10:14 İdman

Rusiyalı hücumçu Aleksandr Oveçkin ABŞ Milli Xokkey Liqası (NHL)  tarixində əfsanəvi nailiyyətə imza atıb.

TodayPress TV xəbər verir ki, “Vaşinqton Kepitalz” komandasının kapitanı cari mövsümdə 25-ci qolunu vuraraq NHL-də 25 və daha çox qol vurduğu mövsümlərin sayını 20-yə çatdırıb. 

Bununla da o, bu göstəricidə Qordi Hounun rekordunu təkrarlayıb.

Bu hadisə “Ottava Senatorz” ilə keçirilən müntəzəm çempionat oyununda baş verib. Qarşılaşma “Vaşinqton Kepitalz”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

Aleksandr Oveçkin NHL karyerası ərzində 1560 oyunda 922 qol və 753 məhsuldar ötürmə ilə çıxışını davam etdirir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər