“Opta”dan sensasion proqnoz: AL-in favoriti “Aston Villa”dır
İdman
30.01.2026 10:11
“Opta” Avropa Liqasının (AL) əsas favoritini açıqlayıb.
TodayPress TV xəbər verir ki, “Opta” superkompüteri turnirin Liqa mərhələsi başa çatdıqdan sonra UEFA Avropa Liqasının qalibi ilə bağlı proqnozunu yeniləyib.
Analitik model yekun qələbə ehtimalına görə rəqiblərindən ciddi şəkildə fərqlənən açıq favoriti müəyyənləşdirib.
Trofey uğrunda əsas namizəd kimi Unai Emerinin rəhbərlik etdiyi “Aston Villa” klubu göstərilib. İngiltərə təmsilçisi titul qazanmaq üçün 44% ehtimala malikdir ki, bu göstərici ən yaxın izləyicidən dörd dəfədən çox yüksəkdir.
Reytinqdə ikinci pilləni “Roma” (10,1%) tutur. Onu “Portu” (9,3%) izləyir. İlk beşliyə həmçinin “Lion” (7,5%) və “Nottingem Forest” (5,3%) klubları daxildir. Turnirin digər iştirakçılarının çempionluq şansı 5%-dən aşağıdır.
“Opta”nın ilk onluq proqnoz siyahısına həmçinin “Ştutqart”, “Braqa”, “Betis”, “Frayburq” və “Midtyullann” klubları daxil edilib.
Analitiklərin vurğuladığına görə, “Aston Villa” klubu üçün bu qədər yüksək ehtimal pley-off mərhələsi üçün nadir haldır və komandanın ümumi mərhələdəki sabit çıxışını əks etdirir.
Namiq HUN
tag: Opta,AL,UEFA,Aston Villa,Todaypress.tv,
