Olimpiya çempionu qanunsuz silah saxlamaqda ittiham olundu
2012-ci il London Yay Olimpiya Oyunlarında basketbol üzrə ABŞ millisinin heyətində qızıl medal qazanan Ceyms Hardenə qanunsuz silah saxlama ittihamı irəli sürülüb.
TodayPress TV xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.
Məlumata görə, Harden ABŞ-nin Texas ştatında avtomobilində tapança ilə saxlanılıb. Silahın qabda deyil, açıq şəkildə olduğu bildirilir. Basketbolçu zaminə buraxılıb, məhkəmə iclası isə iyunun 22-nə təyin edilib.
Qeyd edək ki, 36 yaşlı Harden, həmçinin 2014-cü il dünya çempionu adını qazanıb və hazırda "Klivlend Kavalyerz" klubunda çıxış edir. O, karyerası ərzində "Oklahoma", "Bruklin", "Filadelfiya" və "Los Anceles Klippers" kimi klublarda oynayıb. 2018-ci ildə isə mövsümün ən dəyərli oyunçusu seçilib.