“Nostaljiyə qapılmıram!” - Dördqat çempiondan “Ferrari”yə soyuq duş!

“Nostaljiyə qapılmıram!” - Dördqat çempiondan “Ferrari”yə soyuq duş!
08.10.2026 08:37 İdman

“Red Bull”un heyətində dördqat “Formula-1” çempionu olan niderlandlı pilot Maks Ferstappen gələcəkdə İtaliyanın "Ferrari" komandasında çıxış etmək istəyinin olub-olmaması ilə bağlı sualı cavablandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “ESPN” portalı məlumat yayıb. 

“Mən yalnız qalib gəlmək istəyirəm, nostaljiyə qapılan insan deyiləm. “Ferrari” brendinə böyük hörmətim varmı? Qətiyyən şübhəsiz. Lakin bu, o deməkdir ki, böyük öhdəlik götürüb sonra 5-ci və ya 6-cı olacaqsan? Onda bunun nə mənası var? Mən nəticəyə köklənmişəm və bu komanda ilə artıq çox şeyə nail olmuşam. Bura mənim ikinci ailəmdir və məni hərəkətə gətirən məhz dəyişikliyə olan canatmadır”, - deyə Ferstappen bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər